Keçmiş tələbə Raskolnikov “icarəçi”dən kirayə aldığı dar otağında qəpiksiz günlərini keçirir. Yaşadığı cəmiyyətdə izlədiyi ədalətsizlik onu düz yolundan çıxmağa vadar edir. O, var-dövlətin yaramaz, parazit və mənəviyyatsız insanların əlində cəmləşdiyini düşünür. Günlərin birində kafedə anarxist düşüncəli gənclərin söhbətlərini eşidir və bütün dərdlərinə son qoyacaq bir şey fikirləşir. İlk işi qapıçının daxmasından baltanı götürmək olur. Dünya ədəbiyyatının ən məşhur baltası…
Olmaya, müasir dövrün, çağdaş elmin və ədəbiyyatın bu yaradıcı, ziyalı gənci cəmiyyətin mürtəce canavarına çevrilmiş qaranlıq ovuclarında əziləcək, dağılacaq?
Cinayət və Cəza ilk dəfə 1866-cı ildə nəşr edilmişdir. O vaxtdan bəri heç vaxt dünyanın gündəmindən düşməyib. Dostoyevski, “tələsməmək lazım olduğunu” düşündüyü “yeni” bir personajı ələ keçirmişdi. Rusiyanı, rus xalqını müşahidə etməklə Raskolnikovu onların içindən çıxarmışdı. Hekayədə hər tərəfdən pozulduğu açıq-aydın görünən ənənəvi yaxşılıq qavrayışının cəmiyyət tərəfindən “kor-koranə” qorunub saxlanmasından bəhs edilir. Dostoyevskinin “Cinayət və Cəza” əsəri bəşəriyyətə verdiyi mühüm suallarla öz dəyərini heç vaxt itirməyən ən böyük şah əsərlərdən biridir.