Abdulla Şaiq – Tıq-tıq xanım
Abdulla Şaiq - Tıq-tıq xanım kitabında onun uşaqlar üçün yazdığı əsərləri - lirik şeirləri, mənzum nağılları və poemaları toplanıb. Azərbaycan ədəbiyyatı tarixində şair, yazıçı, dramaturq, ədəbiyyatşünas, görkəmli maarif və mədəniyyət xadimi kimi tanınan Abdulla Şaiq Azərbaycan uşaq ədəbiyyatının yaradıcılarından biri, milli uşaq teatrının banisidir. Ömrünü xalqın maariflənməsinə həsr edən yazıçı zəngin bir yaradıcılıq yolu keçərək ən çox uşaqlar və gənclər üçün yazıb-yaratmışdır ki, həmin əsərlər məktəblərdə indi də tədris edilir.
Adəm Günəş – 0-6 yaş dövrü uşaq tərbiyəsində 100 qayda
Adəm Günəş – 7-14 yaş dövrü uşaq tərbiyəsində 100 əsas qayda
Anton de Sent-Ekzüperi – Balaca Şahzadə
Anton de Sent-Ekzüperi – Balaca Şahzadə
Aşıq Ələsgər – Sarı köynək
Aşıq Ələsgər - Sarı köynək - Kitab Aşıq Ələsgərin 205 illik yubileyi münasibətilə çapa hazırlanıb. Azərbaycan aşıq sənətinin, aşıq poeziyasının tarixində şərəfli yer tutan dahi şəxsiyyətlərdən biri də Aşıq Ələsgərdir. O, fitri qabiliyyəti sayəsində yaratdığı sənət incilərində özünəməxsus bədii boyalarla ifadə etdiyi ümumbəşəri fikirləri ilə bu müqəddəs sənətin zirvəsində dayanır. Aşıq Ələsgər gözəllik aşiqidir. Gözəllikdən zövq almaq duyğusu ömrünün sonuna qədər onu tərk etməmişdir. O, təbiət gözəlliklərinin vurğunu, vətənini, elini sonsuz məhəbbətlə sevən əsl xalq aşığıdır. Aşıq Ələsgərin yaratdığı sənət inciləri ilə vətənin “qüdrətdən səngərli, qalalı dağlar”ından Azərbaycan aşıq poeziyasına bir ucalıq, qıjıltı ilə axan çaylarından bir coşqunluq, dumduru bulaqlarından bir şəffaflıq, “saatda yüz çiçək açan” səfalı yaylaqlarından dinləyicini məst edən bir ətir cərəyanı gəlir. Dostluq insanın ən nəcib insani keyfiyyətlərindən biridir. Aşıq dostluqdan söhbət açarkən səmimi dostluğu, təmənnasız dostluğu nəzərdə tutur. Dədə Ələsgərin yaradıcılığı bir kitaba sığmaz.
Aygül Nəzərli – Günəşə doğru
Büşra Ümmühan – Hər şeyi göstərən eynək
Canni Rodari – Çipolinonun macəraları
Canni Rodari - Çipolinonun macəraları - ZÜLMƏ QARŞI GÜLDÜRƏN MÜBARİZƏ! İtalyan yazıçı Canni Rodarinin uşaq ədəbiyyatının incilərindən sayılan “Çipollino” kitabı cəsarət, dostluq və ədalət mövzularını yumorla birləşdirərək oxucunu həm güldürür, həm də düşündürür. Soğan oğlan Çipollino və onun tərəvəz dostları zalım şahzadə Limon və digər hökmdarların zülmünə qarşı birləşirlər və oxuculara sübut edirlər ki, “Kiçiklər birlikdə olduqda böyük dəyişikliklər edə bilərlər!” Bu kitab yalnız uşaqlar üçün deyil – hər yaşda olan oxucunu heyrətləndirəcək dərəcədə müdrik və sevgi doludur. Gəlin Çipollinonun dünyasına səyahət edək – orada tərəvəzlər danışır, amma həqiqətlər çox aydındır!