Məntiqi Təfəkkürü Yoxlayan Testlər Rövşən Əsədov
Vəsait ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün) yoxlanılması üzrə qəbul imtahanı proqramına uyğun hazırlanmışdır. Vəsaitdə test tapşırıqları üç bölmədən ibarətdir: sözlə bağlı (verbal), fiqurla bağlı və məntiqi-riyazi bölmələr.
Vəsaitin sonunda hər birində 50 tapşırıq olmaqla iki variant ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsini yoxlayan test tapşırığı nümunələri və kitabdakı bütün tapşırıqların izahlı cavabları təqdim olunmuşdur.