İllərdən bəri panik atak keçirən iş adamı… Özünü peyğəmbər elan edən doktor… Təmizlik uğrunda evini zibilliyə çevirmiş üç bacı… Ərinin diqqətini çəkmək üçün özünü xəstəliyə vuran zəngin qadın…
Bir-birindən fərqli, bir-birindən heyrətamiz həyat hekayətləri… Psixiatrın münasibəti heç də əhvalatların özündən az maraq doğurmur.
Həyat hekayətlərinin düyünü çözüldükcə oxucunun dünyaya baxışı aydınlığa çıxır. Çünki hansı məqamdasa bu talelər oxucunun taleyi ilə çulğaşır.