Özünə gəlib gözünü açanda artıq almanların əlində əsir idi. Həm də ağır yaralanmışdı. Bir anlıq düşündü ki, ömrünün son saatlarını, bəlkə də son dəqiqələrini yaşayır, Azərbaycanı, anasını bir daha görmədən ya aldığı yaradan öləcək, ya da faşistlər başına bir güllə çaxıb hansısa dərəyə atacaqlar. Onda cəmi 22 yaşı vardı. Ağlına da gəlməzdi ki, qarşıda onu hələ uzun, əzablı, lakin həm də inanılmaz şanslarla dolu bir həyat gözləyir. Bəxti ikinci dəfə də onda gətirdi ki, Almaniyada qaz kamerasından sağ çıxdı. Tale üçüncü dəfə onda üzünə güldü ki, qoca kəndli onu meyitlərin arasından təsadüfən tapıb xilas etdi. Bəxti ona dördüncü dəfə onda yar oldu ki, Fransada faşistlərin əsirləri sadəcə zövq üçün öldürdüyü əsir düşərgəsindən çıxarılıb güllələnməyə aparılanda “bu gün şad günümdür, səni bağışlayıram” deyən bir alman generalı tərəfindən “əfv olundu”. Sonra tale onun başını yenə “sığalladı”, partizanlara rəğbət bəsləyən fransız qadınla görüşdürdü, bu qadının köməyi ilə əsirlikdən qaçıb partizanlara qoşuldu. Daha sonra bir-birinin ardınca qəhrəmanlıqlar göstərdi, yüzlərlə düşmən öldürdü, özü dəfələrlə ölümdən döndü. Bir də vaxtilə onu bağışlamış alman generalını əsir aldı, onun son arzusunu yerinə yetirdi…
Elxan Elatlı – Armed Mişel
9 ₼
Categories: Bədii ədəbiyyat, Detektiv, Kitab sifariş et, Müəllif kitabları
Description
Related products
Xəz paltolu Madonna, Səbahəddin Əli
7 ₼
Məktubunuz var! , Əziz Yaqubzadə
10 ₼
Gülsərən Budayıcıoğlu – Medalyonun içi
15 ₼
Cinayət və cəza, Fyodor Dostoyevski
14 ₼
Edit Eva İger – Seçim
15 ₼
Beyaz Zambaklar Ülkesinde, Grigoriy Petrov
7 ₼
Süt ve Bal, Rupi Kaur
15 ₼
Homo Deus. Sabahın Qısa Tarixi, Yuval Noah Harari
14 ₼