Görkəmli nasir, dramaturq, ssenarist, ictimai xadim, Azərbaycanın xalq yazıçısı Rüstəm İbrahimbəyov ədəbiyyatımıza və mədəniyyətimizə 60-cı illərin əvvəllərində gəlmiş böyük yaradıcılar dəstəsinin parlaq nümayəndəsidir. O, yaradıcılığı – nəsr, kino, səhnə əsərləri ilə Azərbaycan mədəniyyətini zənginləşdirib, dünya mədəniyyətinə töhfələr verib.
R.İbrahimbəyovun nəsr əsərləri XX əsr Bakısına sözlə çəkilmiş bənzərsiz illüstrasiyaları xatırladır. F.Dostoyevskinin Sankt-Peterburqu, C.Coysun Dublini, O.Pamukun İstanbulu kimi, R.İbrahimbəyovun Bakısı da oxucuya özünəməxsus ab-havası, həyat tərzi, adət ənənəsi, yazılmamış qanunları ilə təqdim olunur və yaddaşlarda şəhərin bütöv obrazı, mükəmməl portreti yaranır.
“Günəş kələfi” romanı və bir sıra hekayələr dilimizdə ilk dəfə nəşr olunur.