Rövşən Alışov, Fərid Rəhimov – İnformatika Abituriyentlər üçün Sınaqlar Toplusu
Abituriyentlər üçün sınaqlar toplusu Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi proqram əsasında orta məktəb dərslikləri və Dövlət İmtahan Mərkəzinin vəsaitləri əsasında blok imtahanının Rİ alt qrupu üzrə informatika fənnindən imtahan verəcək abituriyentlər üçün nəzərdə tutulub. Toplunun ilk bölmələri hər bir mövzu haqda nəzəri və praktiki bilgiləri yoxlamağa imkan verən test tapşırıqlarından son bölmələri isə ümumi olaraq bütün mövzuları əhatə edən sınaq imtahanlarından ibarətdir. Kitabda ümumilikdə 1080 test tapşırığı(qapalı, açıq və yazı tələb edən) və onların cavabları təqdim olunub. Yazı işi tələb edən tapşırıqlara müxtəlif yanaşmalar olduğundan onların bir neçə fərqli həlli video şəklində hazırlanıb. Həmin videolara baxmaq üçün kitabın sonundakı QR kodu oxutmağınız kifayətdir.