Kitab ümumilikdə 16 mövzu üzrə cavabları da daxil olmaqla iki hissədən və 7000 test sualından ibarətdir. Sizə təqdim olunan bu kitab “Dövlət İmtahan Mərkəzinin” informatika fənni üzrə qəbul proqramına əsasən, V-XI sinif ümumtəhsil müəssisələrinin sinif dərslikləri və kurikulumun təlim nəticələrinin tələblərinə uyğun olaraq hazırlanıb.
Vəsaitimizin I hissəsində say sistemləri, fərdi komputerlər, ofis proqramları, modelləşdirmə və qraflar nəzəriyyəsini tam əhatə edən nəzəri test suallarına geniş yer verilmişdir.
Kitabdan ixtisas qrupu üzrə riyaziyyat-informatika altqrupuna daxil olan ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər istifadə edə bilərlər.