Əlövsət Allahverdiyev – Beynəlxalq Hüquqda İnsanlıq Əleyhinə Cinayətlər dərs vəsaitində Azərbaycan hüquq ədəbiyyatında ilk dəfə olaraq Beynəlxalq hüquq fənninə daxil olan və tədris olunan insanlıq əleyhinə cinayətlərin mahiyyəti, xüsusiyyətləri, tərkib elementləri və növləri ətraf-lı şərh edilir. Eyni zamanda, beynəlxalq hüquq normalarının Azərbay-can Respublikasının Cinayət Məcəlləsinə implementasiyasının ümumi məsələləri izah olunur.
Dərs vəsaiti ali məktəb tələbələri, hüquqşünaslar, beynəlxalq hüquq və cinayət hüququ elmi sahələrində çalışan mütəxəssislər, hərbi tədris müəssisələrində təhsil alan hərbi qulluqçular, habelə praktiki fəaliyyət göstərən mütəxəssislər üçün nəzərdə tutulmuşdur.