Məhəbbət Dəmirçiyeva – Mülki HüquqBu dərsliyi Bakı Dövlət Universiteti Hüquq fakültəsinin mülki hüquq kafedrasında Rusiya Federasiyasının əməkdar elm xadimi, hüquq üzrə elmlər doktoru, professor E.A.Suxanovun məsul redaktorluğu ilə 2010-cu ildə Moskvada «Statut» nəşriyyatında çap olunan «Rusiya mülki hüququn kitabının bazası əsasında «Mülki hüquq» kursunun bakalavr təhsil pilləsi üçün tərtib edilmiş proqrama (Proqram Bakı Dövlət Universiteti Hüquq Fakültəsi Elmi Şurasının 14 sentyabr 2021-ci il 1 saylı protokolu ilə təsdiq edilmişdir) və ali məktəblərin hüquq fakültələri üçün nəzərdə tutulmuş dövlət standartına tamamilə uyğundur.
Bu mülki hüquq dərsliyi ənənəvi olaraq iki cildə bölünmüşdür. Birinci cilddə mülki hüququn ümumi hissəsinin institutları, eləcə də əşya hüququ, vərəsəlik hüququ, əqli mülkiyyət hüququ və şəxsi qeyri-əmlak hüquqları işıqlandırılmışdır. II cild öhdəlik hüquqlarına həsr edilmişdir. Dərslikdə AR Mülki Məcəlləsindən, eləcə də mülki qanunvericilikdən 30.12.2021-ci ilə qədər olan dəyişikliklər nəzərə alınmaqla, mülki hüquq üzrə Azərbaycan və digər MDB ölkələrinin (xüsusən də Rusiyanın) elmi və praktiki ədəbiyyatlarından geniş istifadə edilmişdir.
Dərslik ali məktəblərin hüquq fakültələrinin bakalavrları, magistrləri, eləcə də mülki hüquq sahəsində ixtisaslaşan praktiki işçilər, müəllimlər, doktorantlar üçün nəzərdə tutulmuşdur.