“Həyat eşqi” və “Tonqal qalamaq” hekayələri insanın çətin, ağır şəraitdə həyatda qalmasından bəhs edir. Cek London amansız təbiətin qoynunda tək-tənha qalan insanın aclıqla, dondurucu soyuqla mübarizəsini, onun tükürpərdici çarəsizliyini sərt, amma bir o qədər həyati üslubda təsvir edir. Bu kitabda soyuğu, şaxtanı iliyinə qədər hiss edirsən.
Həmişə təbiəti ram edən, ondan öz məqsədləri üçün yararlanan bəşər övladına bu dəfə təbiət meydan oxuyur. İnsanı özünə tanıtdırır, əsl xislətini üzə çıxarır. İnsan oxuduqca arzuları, qorxuları ilə üz-üzə qalır, yenidən əbədi sualları özünə verir. Hekayələrdə təsvirlər o qədər real, o qədər inandırıcıdır ki, həmin adsız qəhrəmanlarla empatiya qurmamaq mümkün deyil.
Bir çox hallarda həyatı komfortlu, rahat, təhlükəsiz olduğu halda sevən insan bəs, görəsən, həyatın qəddar üzü ilə qarşılaşsa, necə davranar, onu yenə də sevərmi? Cek London bizi bu ağır sualla qarşı-qarşıya qoyur.
“Alov həyat demək idi, sönməməli idi”.
Cek London – Həyat eşqi
5 ₼
“Həyat eşqi” hekayəsi insanın çətin, ağır şəraitdə həyatda qalmasından bəhs edir. Cek London amansız təbiətin qoynunda tək qalan insanın aclıqla, dondurucu soyuqla mübarizəsini, onun tükürpərdici çarəsizliyini sərt, amma bir o qədər həyati üslubda təsvir edir.
Bölmələr: Bədii ədəbiyyat, Kitab sifariş et, Müəllif kitabları, Roman
Məhsul haqqında
Oxşar məhsullar
Amerikan çirki, Cenni Kummins
17 ₼
Fövqəladə hallarda davranış qaydaları 6-10 yaş
3 ₼
Cinayət və cəza, Fyodor Dostoyevski
14 ₼
Burun, Nikolay Vasilyeviç Gogol
3 ₼
Etik davranış qaydaları 6-10 yaş
3 ₼
Bilinmeyen Bir Kadının Mektubu, Stefan Zweig
3 ₼
Suç Ve Ceza, Fyodor Mihayloviç Dostoyevski
10 ₼
Özünü reklam et, Den Şobel
12 ₼
