1912-ci ildə “The London Magazine” jurnalında dərc olunan “Taun” hekayəsi müasir ədəbiyyatın ilk postapokaliptik mətnlərindən hesab olunur. 2020-ci ildə dünyanı bürüyən koronavirus pandemiyası ilə bu hekayədəki hadisələr arasında tükürpərdici oxşarlıqlar var, sanki Cek London kahinlər kimi 108 il sonrakı hadisələri görüb.
2013-cü ildə bütün dünyanı çənginə alan taun epidemiyası, demək olar, bütün bəşəriyyəti məhv edir. Xoşbəxtlikdən, sağ qalanlar içində ədəbiyyat müəllimi professor Smit də var. Ancaq ibtidai dünyanın yeni sakinləri onun mədəniyyət, sivilizasiya haqqında dediklərinə qulaq vermək istəmirlər, onu boşboğaz, qoca sərsəm hesab edirlər. Cek London “al-qırmızı taun” adlı epidemiyanın həm mədəni, həm də fiziki cəhətdən dünyanın axırına necə çıxdığını vahiməli bir şəkildə təsvir edir: kritik anlarda insanlar təbii halından çıxıb barbarlaşır, kapitalistlər tez bir yol tapıb sivişib aradan çıxmaq istəyir, cəmiyyətdə anarxiya, xaos hökm sürür, şəraitin dəyişməsi ilə bir vaxtlar xidmətçi olan insanlar indi öz ağalarını kölə vəziyyətinə salırlar…
“Fövqəladə hallarda davranış qaydaları 6-10 yaş” məhsul səbətinizə əlavə edildi. Səbətə bax
Cek London – Taun
5 ₼
Cek London tərəfindən yazılmış Taun əsəri 1912-ci ildə dərc olunub və müasir ədəbiyyatın ilk postapokaliptik mətnlərindən hesab olunur.
Bölmələr: Bədii ədəbiyyat, Kitab sifariş et, Müəllif kitabları, Roman
Məhsul haqqında
Oxşar məhsullar
Matilda, Roald Dahl
7 ₼
Parisdəki bütün çiçəklər, Sarah Jio
15 ₼
Olağanüstü Bir Gece, Stefan Zweig
3 ₼
Elxan Elatlı – Belçika ovçarkası
10 ₼
Amerikan çirki, Cenni Kummins
17 ₼
Bilinmeyen Bir Kadının Mektubu, Stefan Zweig
3 ₼
Əqrəb, Ceyhun Hidayətli
9 ₼
Ölüm dalğası, Aqata Kristi
10 ₼
