Görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun əsərləri həm dərin milli xüsusiyyətlər, həm də ümumbəşəri mahiyyət və məzmun ifadə edir. Onun dünya ədəbiyyatında böyük hadisə sayılan əsərləri realizmin tükənməz bədii və idraki gücünü nümayiş etdirir.
Ç.Aytmatov üçün ədəbiyyatda bir “böyük mövzu” – insan mövzusu var.
“Dəniz kənarıyla qaçan Alabaş” romanında oxucular həyatın çətinliklərinə sinə gərən, ürəklərində işıq daşıyan, xeyirxahlıq etməyə çalışan insanların maraqlı taleyi ilə tanış olurlar.