Stalinin qanlı rejiminin sona çatacağı heç kəsin ağlına gəlmirdi. O, ABŞ-ın yeni prezidenti Eyzenhauerə meydan oxumağa hazırlaşırdı. Bir yandan da sovet yəhudilərinə qarşı amansız kampaniyaya start vermişdi. Bu vaxt gözlənilmədən ölüm xəbəri yayıldı. Onun son aqibəti də həyatı kimi dramatik və sirli idi. Mübaliğəsiz demək olar ki, Stalinin vəfatı XX əsrin mühüm dönüş nöqtəsi oldu.
Kitab diktatorun fəal həyatının son ayları, ölüm yatağındakı vəziyyəti, ölümündən sonrakı ilk aylarda SSRİ-də və beynəlxalq aləmdə baş verənlər haqqında canlı və cəlbedici bir hekayədir.
Müəllif kitabda aşağıdakı qaranlıq məsələlərə aydınlıq gətirir:
Beriyanın, Malenkovun, Xruşşovun və diktatorun qaçılmaz ölümünün əhəmiyyətini dərindən anlayan digər “silahdaş”larının məkrli planları;
Rəsmi dərc edilmiş ölüm xəbəri ilə şahidlərin sənədləşdirdiyi versiyanın müqayisəsi;
Stalinin sovet yəhudilərini zorla qovmaq planları haqqında şayiələr;
Ölümündən sonra Kremlin barışdırıcı jestlərinə Eyzenhauerin və dövlət katibi Dallesin cavabları;
Stalinin terror rejiminin devrilməsinin mühüm nəticələri.
“İnsan Neyle Yaşar?, Lev Nikolayeviç Tolstoy” məhsul səbətinizə əlavə edildi. Səbətə bax
Coşua Rubenşteyn – Stalinin son günləri
12 ₼
Məhsul haqqında
Oxşar məhsullar
Edit Eva İger – Seçim
15 ₼
Fövqəladə hallarda davranış qaydaları 6-10 yaş
3 ₼
Əqrəb, Ceyhun Hidayətli
9 ₼
Suç Ve Ceza, Fyodor Mihayloviç Dostoyevski
10 ₼
Beyaz Zambaklar Ülkesinde, Grigoriy Petrov
7 ₼
Burun, Nikolay Vasilyeviç Gogol
3 ₼
Etik davranış qaydaları 6-10 yaş
3 ₼
Elxan Elatlı – Belçika ovçarkası
10 ₼