“Mənə niyə bir dənə də olsun xoş söz demirsən?” – deyərdi.
Susardım.
Getməsəydi, biləcəkdi…
Səhifə-səhifə onu yazdığımı.
Kimiləri gedər, arxasında ağrılar, acılar buraxar.
Kimiləri gedər, arxasında yağışda belə gizlədə bilməyəcəyi göz yaşları buraxar.
Kimiləri gedər, unudulmayan, xatırladıqca isə insanın canını daha çox yandıran acı xatirələr buraxar.
O da getdi…
Arxasında bir kitab buraxdı…