“Matris”dən əvvəl, “Ulduz müharibələri”ndən, “Enderin oyunu” və “Neyromant”dan əvvəl bəşər tarixində yazılmış ən böyük elmi-fantastika
romanı olan “Dyun” var idi. Melanj adlı ədva kainatın ən qiymətli və nadir tapılan elementidir. İnsanın ömrünü uzadan, ulduzlararası səyahəti mümkün edən bu maddəni yalnız bir planetdə tapmaq olar – həyat üçün əlverişsiz şəraiti olan səhra planeti Arrakisdə.
Arrakisə nəzarət edən, melanja nəzarət edər. Və melanja nəzarət edən,kainata nəzarət edər.
İmperator Arrakisin idarəçiliyini Harkonnen sülaləsindən alıb Atreydis sülaləsinə həvalə etdikdən sonra Harkonnenlər döyüş başladaraq
Atreydis hersoqu Letonu qətlə yetirirlər. Hersoq Letonun cariyəsi Ledi Cessika gənc oğlu Paulla birlikdə səhraya qaçır və orada Arrakisin yerli xalqı sayılan bir qrup fremen tərəfindən xilas edilir. Fremenlər Arrakisin ikinci böyük resursuna nəzarət edirlər: qızmar səhra qumlarının altında sürünən nəhəng soxulcanlara.
Ordu toplayaraq həm atasının qisasını, həm də Arrakisi Harkonnenlərdən geri almaq üçün Paul fremenlərin etibarını qazanmalı və kiçik or
dusu ilə ona qarşı birləşmiş böyük qüvvələrlə çarpışmalıdır.
Onun səyahəti hər şeyi dəyişəcək.
Bu kəhanət təşəbbüsü (bəzi ruhanilərin və ya xüsusi adamların gələcəyi xəbər vermələri) harada və nə vaxt çalışmaqlarından asılı olmayaraq,ideyaları aşıb “konkret materiallar” dünyasına əmək verən insanlara – quraq ərazi ekoloqlarına həsr olunub.
Məhsul haqqında
Oxşar məhsullar
Bilinmeyen Bir Kadının Mektubu, Stefan Zweig
3 ₼
Olağanüstü Bir Gece, Stefan Zweig
3 ₼
Qaliblərin qanunları, Bodo Şefer
10 ₼
Məktubunuz var! , Əziz Yaqubzadə
10 ₼
Əqrəb, Ceyhun Hidayətli
9 ₼
Amerikan çirki, Cenni Kummins
17 ₼
Gülsərən Budayıcıoğlu – Medalyonun içi
15 ₼
Cinayət və cəza, Fyodor Dostoyevski
14 ₼