Dostoyevskinin “Bəyaz gecələr”i sadədil bir insanın nakam məhəbbətindən bəhs edir. İnsan təkdir, gücsüzdür, lakin sevgi onu bircə anda elə dəyişə bilər ki, gəl görəsən… “Bəyaz gecələr” sevginin gücü, sonsuzluğu, umacaqsızlığı barədə yazılmış ən yaxşı melodramdır – su kimi axıcı, üzücü və romantikdir. Ruhunuzun ən gizlin yerlərində qoruyub saxladığınız süxurları titrədə biləcək və gözlərinizi yaşardacaq bir simfoniyadır.
Öz şəhərinizin, kəndinizin, küçənizin sehrli gecələri yadınızdamı? Gecələri ülvi, saf duyğularınızın çulğalaşmasından sonra yaşadığınız peşmançılıq, uğursuzluğun acı təəssüratları, gündüzləri sizi üzdümü? Bundan sonra toparlanacağınıza, daha güclü, daha yaxşı olacağınıza söz verdinizmi? “Bəyaz gecələr”in qəhrəmanı bax beləcə həssas, qəribə və romantikdir, lakin nakam sevgi onu daha da gücləndirə, yeni həyata sövq edə bilir. Bu qəhrəman məcnunsayağı ölməyi yox, yaşamağı, yaratmağı, lakin heç vaxt unutmamağı seçir.
“Bilinmeyen Bir Kadının Mektubu, Stefan Zweig” məhsul səbətinizə əlavə edildi. Səbətə bax
Fyodor Dostoyevski – Bəyaz gecələr
5 ₼
Dostoyevskinin “Bəyaz gecələr”i sadədil bir insanın nakam məhəbbətindən bəhs edir. İnsan təkdir, gücsüzdür, lakin sevgi onu bircə anda elə dəyişə bilər ki..
Bölmələr: Bədii ədəbiyyat, Kitab sifariş et, Müəllif kitabları, Roman
Məhsul haqqında
Oxşar məhsullar
Süt ve Bal, Rupi Kaur
15 ₼
Etik davranış qaydaları 6-10 yaş
3 ₼
Təsir psixologiyası, Robert Cialdini
15 ₼
Ölüm dalğası, Aqata Kristi
10 ₼
Homo Deus. Sabahın Qısa Tarixi, Yuval Noah Harari
14 ₼
Burun, Nikolay Vasilyeviç Gogol
3 ₼
Matilda, Roald Dahl
7 ₼
Olağanüstü Bir Gece, Stefan Zweig
3 ₼
