Gi De Mopassan – Qəşəng Dost romanı Əlcəzair müharibəsindən Fransaya qayıdan və Parisdə pulsuz-parasız, bir qarnı ac, bir qarnı tox, miskin həyat sürən keçmiş əsgər Jorj Düruanın həyatından bəhs edir. Əlcəzairlə bağlı bir məqalə yazıb dostu Forestyenin xanımı Madlenin köməyi ilə nüfuzlu qəzetlərin birində çap etdirəndən sonra onun həyatı tamamilə dəyişir. Şərəfsiz, vicdansız, qabiliyyətsiz, ancaq qeyri-adi zahiri gözəlliyə malik olan, bununla da qadınların ağlını başından alan bu ikiüzlü gəncin obrazını satira janrında ustalıqla qələmə almış yazıçı sübut edir ki, pulun və mənəvi pozğunluğun hökm sürdüyü bir cəmiyyətdə sosial nərdivanla yuxarı dırmaşmaq üçün xüsusi intellekt və istedad sahibi olmaq lazım deyil, sadəcə olaraq zahiri gözəlliyə malik olub hamının, xüsusilə də varlı, tanınmış və nüfuzlu kişilərin arvadlarının diqqətini özünə çəkmək kifayətdir. Sıfırdan başlayıb başgicəlləndirici sürətlə zirvəyə qalxan, hamının “Qəşəng dost” adlandırdığı qəhrəmanın nüfuzlu məşuqələri sayəsindəki yüksəlişi oxucunu sözün əsl mənasında valeh edir. Qibtəolunacaq bir enerji ilə yorulmadan irəliləyən Jorj Dürua bir məqsədinə çatan kimi, dərhal növbəti hədəf haqda düşünür. Oxucu əsərin qəhrəmanının atdığı hər addımda onun harada və nə vaxt dayanacağını, irəliləyişinə nəyin və kimin, eləcə də necə mane olacağını sonsuz maraqla izləyir.
“Matilda, Roald Dahl” məhsul səbətinizə əlavə edildi. Səbətə bax
Gi De Mopassan – Qəşəng Dost
14 ₼
Gi De Mopassan – Qəşəng Dost romanı Əlcəzair müharibəsindən Fransaya qayıdan və Parisdə pulsuz-parasız, bir qarnı ac, bir qarnı tox, miskin həyat sürən keçmiş əsgər Jorj Düruanın həyatından bəhs edir. Əlcəzairlə bağlı bir məqalə yazıb dostu Forestyenin xanımı Madlenin köməyi ilə nüfuzlu qəzetlərin birində çap etdirəndən sonra onun həyatı tamamilə dəyişir.
SKU:
000000000006-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-2-1-1-1-1-1-2-1-1-1-1-1-2-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1
Bölmələr: Bədii ədəbiyyat, Kitab sifariş et, Müəllif kitabları, Roman
Məhsul haqqında
Oxşar məhsullar
Beyaz Zambaklar Ülkesinde, Grigoriy Petrov
7 ₼
Etik davranış qaydaları 6-10 yaş
3 ₼
Cinayət və cəza, Fyodor Dostoyevski
14 ₼
Özünü reklam et, Den Şobel
12 ₼
Edit Eva İger – Seçim
15 ₼
Təsir psixologiyası, Robert Cialdini
15 ₼
İnsan Neyle Yaşar?, Lev Nikolayeviç Tolstoy
4 ₼
