Hannu Karttunen – Fundamental Astronomiya nəşrində olan bu uğurlu bakalavr dərsliyi, klassik və müasir astronomiya mövzularına uyğun və əhatəli giriş verir. Dərslik həm astronomiya anlayışları, həm də əsas fiziki prinsipləri vurğulamağla yanaşı, astronomiya elmində daha dərin tədqiqatlar üçün güclü əsaslar verir.
Qalaktika və qalaktikadankənar astronomiya, eləcə də kosmologiya üzrə fəsillər əvvəlki nəşrdən fərqli olaraq əhatəli şəkildə yenilənmişdir. Materiallar bu nəşrdə daha yeni nəticələri daxil etmək üçün yenidən işlənmişdir. Günəş sistemi haqqında olan uzun fəsil iki hissəyə bölünmüşdür: ilk hissə ümumi xassələrdən bəhs edir, digəri isə ayrı-ayrı obyektləri təsvir edir. Kitabın sonuna astrobiologiya fəsli ilə yanaşı ekzoplanetlər haqqında yeni fəsil əlavə edilmişdir.
Təbiət elmləri üzrə olan ixtisaslar üçün uzün müddətdir əsas dərslik hesab edilən Fundamental Astronomiya, həm də həvəskar astronomlar üçün mükəmməl istinad və başlanğıc mənbəyidir. Bu səbəbdən müxtəlif növ göy cisimləri haqqında qısa xülasələr vermək üçün giriş bölməsi də genişləndirilmişdir.