Informatika Abituriyentlər Üçün Vəsait 1-ci Hissə Ramin Mahmudzadə Ismayıl Calallı
Bu kitab ilk növbədə 2023-cü ildə “İnformatika” fənnindən qəbul imtahanı verəcək məktəblilərin (abituriyentlərin) həmin imtahana sistemli şəkildə hazırlaşmaları üçün nəzərdə tutulmuşdur. Kitabın hazırlanması zamanı DİM tərəfindən təqdim olunmuş “İnformatika” fənni imtahanının proqramı və imtahan modeli əsas götürülmüşdür. Kitab sadə və anlaşıqlı dildə yazılmış, mətnlər mənimsəməni asanlaşdıracaq sxem, şəkil və illüstrasiyalarla zənginləşdirilmişdir.