Bu kitabı yazarkən personajlarımın ardınca ən əfsunlayıcı kafelərə, gözəl eyvanlara və Parisin gözəl mənzərələrinə səyahət etdim..
Bu səfərdə Montmartrın pilləkənlərini qalxdım, Rue de Cler bazarındakı rəngarəng nümayişlərə heyran oldum, kiçik xiyabanlardakı gizli kafelərdə espresso içdim. Hamısı unudulmazdı.
Ancaq bu hekayə şokoladlı kruasanlardan və yaz günündəki Eyfel qülləsindən daha dərinə gedir. Bu hekayənin səhifələri 1940-cı illərin müharibədən dağılmış Parisindəki ürək ağrısı və travmadan bəhs edir.
Bu kitab mənim Parisə sevgi məktubumdur. Və bəlkə bir gün yenə məktub yazacam. Hələlik, ümid edirəm ki, xəyalını qurduğum bu hekayədən, personajlardan, Parislə bağlı hər şeydən, incəliklərinə qədər zövq alacaqsınız.
Lotus çiçəkləri ürək parçalayan səyahətlərdən keçir. Onun toxumları torpaq, zibil və dolaşıq köklərlə örtülmüş palçıqlı bataqlıq sularında cücərir. Onlar çiçək açmaq üçün bu qorxunc qaranlıqda yol tapmalı, suyun üstündə bir yerdə günəş işığının gizləndiyini bilməli və ya heç olmasa ümid etməlidir. Yalnız bu halda Lotus çiçəyi bu səyahətdən zərərsiz çıxır və zəfərlə çiçək açır.
1940-cı illərin işğal olunmuş Parisində Parisin bütün çiçəklərini gözləyərkən özünü Parisin bütün dərdləri içində tapan qadın…
Sarah Jio “Parisdəki bütün çiçəklər” romanında özünəməxsus cazibədar üslubu ilə bizə həyatda vacib olanları xatırladır. O, bu romanda bulanıq sularda dərinə batmış iki su zanbağı olan güclü qadın personajlar vasitəsilə keçmişlə bu gün arasında körpü yaradır, həyatda bilməli olduğumuz ən dərin hissləri göstərir.