Məhəbbət Dəmirçiyeva – Azərbaycan Respublikasının Ailə Hüququ kitabında ailə hüququnun əsas anlayışı və prinsipləri, ailə hüququ sahəsində Azərbaycan Respublikasının təcrübəsi ümümiləşdirərək təhlil edilmişdir. Dərslik xüsusilə ilk dəfə olaraq Azərbaycan Respublikasının Ailə Məcəlləsində nəzərdə tutulmuş ər-arvadın mülkiyyətinin müqavilə rejimi, nikaha daxil olan şəxslərin tibbi müayinəsi, övladlığa götürənlə övladlığa götürülən arasındakı yaş fərqi və övladlığa götürənin rəsmləşdirilməsi qaydası haqqında institutlar təhlil edilmişdir.
Dərslik hüquq fakültəsinin tələbələri, magistr, aspirant və müəllimləri, ixtisasartırma sisteminin dinləyiciləri, habelə şəxslərin hüquqlarının məhkəmə qaydasında və məhkəmədənkənar müdafiəsi müəssisələrinin əməkdaşları üçün nəzərdə tutulmuşdur.