Biz olduqca təəccüblü bir dövrdə yaşayırıq. Həyat elə bir sürətlə dəyişilir ki, biz hətta baş verən dəyişikləri belə müşahidə edə bilmirik. Azərbaycan Respublikası son iyirmi il ərzində demək olar ki, başqa ölkəyə çevrilmişdir. Başqa ölkələrin on illərlə çətinliklə keçdikləri distansiyaları biz bir neçə il ərzində qət edəcəyimizi əvvəlcədən bilməsək də artıq həmin məsafələri uğurla geridə qoymuşuq.
Bütün bunlarla belə sanki surətli qatarda məsafələri qət etməklə dəyişən mənzərələri sezməyə imkan tapa bilməmişik. Bəli indi elə bir dövrdür ki, pəncərələrdən baxmağa vaxt yoxdur. Zaman və bizi qarşılayan müqəddərata uyğun gəlməyə çalışmaq lazımdır. İrəlidə olmaq adəti bəzən bizi qatarın qarşısında olmağa məcbur edir, bu isə artıq get-gedə daha da nadir hallarda baş verir.