Ştefan Svayqın ən məşhur novellası “Şahmat” insan şüurunun siyasi təzyiq ucbatından necə haçalandığını, ikiləşməyə məruz qaldığını açıq-aşkar göstərən və insanı dərindən sarsıdan bənzərsiz əsərdir. Usta yazıçı bu kiçikhəcmli əsərdə XX əsr Avropa mədəniyyətinin süquta uğradığını – Hitleri simvolizə edən Çentoviç kimi küt, lovğa bir adamın şahmat üzrə dünya çempionu olması – və ümumilikdə həmin dövrdə dünyada hökm sürən müharibə və zorakılıq ab-havasını – doktor B.-nin amansız şəkildə təcrid edilərək dəliyə çevrilməsi – mahiranə şəkildə əks etdirir.
Dünya ədəbiyyatının, bəlkə də, ən vahiməli və başgicəlləndirici səhnələrindən biri doktor B.-nin şahmatla zəhərlənmiş dünyasında keçirdiyi hisslərdir. Burada oxucu insanın təcridedilmə nəticəsində hansı iztirablar yaşadığını, “heçliyə” düşdüyünü, faşizmin nəinki insanları kütləvi şəkildə qırdığını, bundan da betəri, insanı mənəvi cəhətdən işgəncəyə məruz qoyduğunu beyninin bütün hüceyrələrinə qədər hiss edir.
“Parisdəki bütün çiçəklər, Sarah Jio” məhsul səbətinizə əlavə edildi. Səbətə bax
Ştefan Svayq – Şahmat
6 ₼
Ştefan Svayqın Şahmat novellası insan şüurunun siyasi təzyiq ucbatından necə haçalandığını, ikiləşməyə məruz qaldığını göstərən bənzərsiz əsərdir.
Bölmələr: Bədii ədəbiyyat, Kitab sifariş et, Müəllif kitabları, Roman
Məhsul haqqında
Oxşar məhsullar
Qaliblərin qanunları, Bodo Şefer
10 ₼
Gülsərən Budayıcıoğlu – Medalyonun içi
15 ₼
Edit Eva İger – Seçim
15 ₼
Beyaz Zambaklar Ülkesinde, Grigoriy Petrov
7 ₼
Bir İdam Mahkumunun Son Günü. Hasan Ali Yücel Klasikleri, Victor Hugo
3 ₼
Süt ve Bal, Rupi Kaur
15 ₼
Fövqəladə hallarda davranış qaydaları 6-10 yaş
3 ₼
Cinayət və cəza, Fyodor Dostoyevski
14 ₼
