Dünya şöhrətli Amerika yazıçısı və filosofu Anthony Robbinsin təqdim olunmuş bu kitabı, çox güman ki, sizdə dərin maraq oyadacaq, yaşam fəlsəfəsinə dair sizə geniş məlumat verəcək. Uşaqlıq çağlarını uğursuz, kasıb ailədə yaşamış, heç bir ali təhsili olmayan, yalnız həyati müşahidələrinə arxalanıb daxili gücünə üz tutaraq şöhrət qazanmış bir adamın həyat hekayələrini maraqla qarşılayacaqsınız. Kitabda yaşamağa belə ümidini itirmiş insanlara ruhdan düşmədən öz daxilində uyuyan nəhəng gücü oyatmağın, yaşamaq üçün pul, biznesdə isə uğur qazanmağın yolu göstərilir, beləcə gələcəyə inam gücləndirilir. Müəllifin tövsiyələri nəticəsində həyatın çətinliklərinə davam gətirməyən, yaşamağa ümidini itirmiş adamlar həyatlarını yenidən qurmağı bacarmış, yaşadıqları cəmiyyətin layiqli vətəndaşına çevrilmişlər. İnanırıq ki, Robbinsin təklif etdiyi metodlar heç vaxt köhnəlməyəcək, çıxılmaz vəziyyətlə üzləşmiş insanların yaşamağa olan inamın gücləndirilməsi yolunda əvəzsiz məsləhət xarakteri kimi yadda qalacaq.
“Devid Oqilvi – Reklamçının etirafları” məhsul səbətinizə əlavə edildi. Səbətə bax
Tony Robbins – İçindəki divi oyat
20 ₼
Məhsul haqqında
Oxşar məhsullar
Thomas Piketty – Kapital XXI əsrdə
26 ₼
Robert T. Kiyosaki – Pul axını kvadranti
10 ₼
Cona Berger – Yoluxuculuq
13 ₼
Cona Berger - Yoluxuculuq - Bir şey niyə məşhurlaşır? İnsanlar nəyə görə müəyyən məhsullar və ya fikirlər haqqında daha çox danışırlar? Bəzi hekayələrin daha yoluxucu olmasının səbəbi nədir? Sosial mediada bəzi kontentlər niyə viral olur, bəziləri isə yox? Professor Cona Berger uzun illər ərzində bu suallara cavab axtarıb, yoluxuculuğun sehrini araşdırıb, sosial düşüncənin hansı avtomobili satın aldığımıza, hansı paltarı geyindiyimizə, hətta övladımıza hansı adı qoyduğumuza təsir etdiyini müəyyənləşdirib. C.Berger bu kitabda “ağızdan-ağıza dolaşma”nın və sosial yoluxmanın incəliklərindən danışır, lazımi texnikaları göstərir, fikirlərini güclü və maraqlı hekayələrlə, uğurlu insanların həyat təcrübələri ilə əsaslandırır. Yoluxuculuğun altı prinsipini öyrənərək, siyasi nitqlərdən tutmuş “YouTube”dakı videomateriallara, istehlak məhsullarından tutmuş iş yerlərindəki söz-söhbətlərə qədər hər şeyin nə səbəbə yoluxucu olduğunu kəşf edə bilərsiniz. Bu kitab hər kəsə lazımdır: yazıçılara, siyasətçilərə, SMM-lərə, biznesmenlərə, ssenaristlərə, reklamçılara, jurnalistlərə, “yutuber”lərə, blogerlərə, əsnaflara. Fikrinizi və ya məhsulunuzu satmaq, özü də “necə lazımdır” satmaq istəyirsinizsə, bu kitabı masanızın üstündən əskik etməyin.
Qanunvericilik toplusu
Dövlət orqanları üzrə dərsliklər, Dövlət qulluğu, BM nəşriyyat(Öz nəşrlərimiz), Kitab sifariş et, Müəllif kitabları
Brian Tracy – Satış etmək sənəti
7 ₼
Brian Tracy – Qazanmaq üçün danış
10 ₼
Harvard Business Review – Menecerin əl kitabı
15 ₼
Harvard Business Review - Menecerin əl kitabı redaksiya tərəfindən hazırlanmış menecerlər üçün universal bələdçidir. Kitab həm yeni başlayan rəhbərlərə, həm də təcrübəli menecerlərə gündəlik çağırışlarla mübarizə aparmaqda kömək edir: komanda işinin təşkili, strateji qərarların qəbulu, layihələrin idarə olunması. Burada liderlik bacarıqlarının inkişafı, maliyyə hesabatlarının anlaşılması və əməkdaşların etimadını qazanmaq üçün emosional intellektdən istifadə barədə praktik məsləhətlər toplanıb. Bu nəşr biznesdə səmərəliliyi və təsir gücünü artırmaq istəyən hər kəs üçün stolüstü kitab olacaq.
