Məşhur biznesmen Qurban Kazımovun sakit keçən həyatı birdən-birə alt üst olur. Həyatda hər şeydən dəyərli hesab etdiyi ailəsinin başına gələnlər onun da yaşamaq həvəsini öldürür. Türkiyədən yenicə qayıtmış dedektif Kənan Orucov baş verən hadisələrlə bağlı ona köməklik etməyə çalışır. Amma əldə etdiyi nəticə ….
Bir gün qurbağa ilə əqrəb dost olurlar. Bir-birlərinə ömür boyu sadiq qalacaqlarına, həmişə kömək edə- cəklərinə söz verirlər. Aradan bir müddət keçdikdən sonra çayın qırağında dayanan qurbağa əqrəbin çaya yaxınlaşdığını görür. Əqrəb qurbağadan onu çayın digər tərəfinə keçirtməsini xahiş edir. Qurbağa əqrəbə onu belinə alıb qarşı tərəfə keçirtməkdən qorxduğunu deyir. Əqrəb bunun səbəbini soruşduqda qurbağa, əqrəbin onu sancmasından çəkindiyini bildirir. Əqrəb qurbağaya: – Axı biz dostuq. Həm də mən səni sancsam, özüm də suda boğulub ölərəm. Belə bir şeyi niyə edim? – deyir. Qurbağa bir qədər fikirləşdikdən sonra əqrəbin dediklərinə inanır. Əqrəbi belinə götürüb çaya girir və üzməyə başlayır. Düz çayın ortasına çatdıqda qurbağa belində bir ağrı hiss edir. Çox keçmədən əqrəbin onu sancdığını başa düşür. Ölmək üzrəykən son nəfə- sində əqrəbdən bunun səbəbini soruşur: – Bəs biz dost idik, əqrəb qardaş?! Mən sənə kömək edirdim. Sən niyə belə bir şey etdin? İndi ikimiz də birlikdə öləcəyik. Əqrəb isə cavabında:
– Nə edə bilərəm, qurbağa qardaş? Mən əqrəbəm. Sancmaq və xəyanət mənim təbiətimdə var, – deyir. Bundan sonra ölən qurbağanın belində olan əqrə- bin özü də suda boğularaq ölür.