Mənfi hisslərin ağlına, həyatına hakim kəsilib? Depres- siyalar, natamamlıq hissi, ruh düşkünlüyü səni əldən salıb? Qarşılaşdığın problemlərin qaynağını anlamır- san? Yersiz həyəcanlar, daxili baryerlər, komplekslər ailədə, işdə özünü düzgün ifadə etməyinə, sosial mühi- tə adaptasiya olmağına mane olur? Sıxıntılarından qur- tulmaq, həyatını qaydaya salmaq üçün haradan başlamalı olduğunu bilmirsən? Atmalı olduğun ilk addım özünlə üzləşməkdir.
Üzləşmə insanın həyatında baş verə biləcək ən önəmli hadisədir. Özünü tanımaq, qəbul etmək, sevmək, inki- şaf etdirmək, ətrafını daha yaxşı anlamaq üçün zəruri addımdır. Üzləşmə insanı qorxularının, kompleksləri- nin, uğursuzluqlarının pərdəarxasına aparır, eyni za- manda güclü cəhətlərini də aşkara çıxararaq bütün bu maneələri aşmağın yolunu göstərir. Üzləşmədən sonra- kı insan həyatına nəzarəti öz əlinə alır, ali hədəflərinə, xoşbəxt gələcəyə doğru inamla addımlayır.
Bu kitab özünlə üzləşəcəyin aləmə açılan qapıdır. Özünə doğru aç.