«Dəniz atının ardınca suya baş vurmaq» əsəri bizim yaddaşımız, onun fəaliyyəti, iş prinsipləri və yaddaşla bağlı tədqiqatlardan bəhs edir. İnsan beynində yaddaşa cavabdeh olan bu kiçik hissə quruluşca dəniz atına çox bənzədiyindən alimlər ona latıncadan tərcümədə dəniz atı mənasını bildirən hipokampus adını veriblər. İki bacı tərəfindən qələmə alınan kitab müxtəlif reportajlar, müsahibələr, araşdırmalar vasitəsilə insanların xatirələri yadda saxlamaq, unutmaq bacarığı, yaxın və uzun müddətli yaddaş haqqında elmi nəticələrə gəlməyə imkan verir. Kitabda elmi tədqiqatlardan, alimlərin araşdırmalarından, beynimizin, yaddaşımızın müxtəlif şərtlər daxilində fəaliyyətindən söz açılır. Geniş oxucu dairəsi üçün nəzərdə tutulan əsərdə ən müxtəlif yaddaşa malik qəribə insanlardan söz açılır, onların fikirlərinə yer verilir. İxtisasca nevroloq olan yazar beynimiz və yaddaşımız haqda indiyədək bizə məlum olmayan həqiqətləri yorucu olmayan bədii dildə çatdırmağa çalışır.
Biz yaddaşımıza güvənə bilərikmi? Ən yaxşı yadda saxlama texnikaları hansılardır? Ağrı-acılı xatirələrlə, yaxud ümumiyyətlə xatirələrlə necə yaşamaq olar? İnsan yaşantılarından hansını unudub, hansını bir ömür xatırlayacağına özümü qərar verir? Bu, müəlliflərin araşdırdığı, cavab axtardığı sualların yalnız bir hissəsidir.
Hilde Ostby, Ylva Ostby – Yaddaş haqqında bilmədiyimiz hər şey
13 ₼
Məhsul haqqında
Oxşar məhsullar
Robin Şarma – Titulsuz lider
7 ₼
Təsir psixologiyası, Robert Cialdini
15 ₼
Özünü reklam et, Den Şobel
12 ₼
Azad Qəhrəmanov – SAT
Digər vəsaitlər, İqtisadiyyat və biznes, Şəxsi inkişaf və psixologiya, Kitab sifariş et, Müəllif kitabları
10 ₼
Sigmund Freud – Psixoanalizlə ilkin tanışlıq
13 ₼
Brian Tracy – Biznes uğurunun 100 danılmaz qanunu
Digər vəsaitlər, İqtisadiyyat və biznes, Şəxsi inkişaf və psixologiya, Kitab sifariş et, Müəllif kitabları
10 ₼
Robin Sharma – Sən öləndə kim ağlayacaq?
3 ₼
İrvin D. Yalom – Mən necə özüm oldum
13 ₼