Görməli olduğunuz bütün işləri görmək üçün heç zaman kifayət qədər vaxt olmur. Siz, şəxsi və işlə bağlı öhdəliklər, cavabınızı gözləyən saysız elektron məktublar, sosial media, layihələr, imkan tapan kimi oxumağı planlaşdırdığınız jurnallar və kitabların məngənəsində sıxılmısınız. Və bütün məsələ ondadır ki, siz heç zaman imkan tapa bilməyəcəksiniz. Heç zaman işlərinizin öhdəsindən gələ bilməyəcəksiniz. Arzuladığınız kitabları, jurnalları oxumağa, elektron məktubları cavablandırmağa və əyləncəyə sərf etməyə boş vaxtınız olmayacaq. Və vaxt problemini daha məhsuldar olmaqla həll edəcəyinizə ümid bəsləməyin. Fərdi məhsuldarlığa dair nə qədər metoda yiyələnməyinizin əhəmiyyəti yoxdur, həmişə görməli olduğunuz işlər görə biləcəyinizdən çox olacaqdır. Vaxtınıza və həyatınıza nəzarət etməyə yalnız düşüncə tərzinizi, işə yanaşmanızı və sonsuz öhdəçiliklərə münasibətinizi dəyişməklə nail ola bilərsiniz. Tapşırıq və işlərinizə, müəyyən işlərdən imtina və daha dəyərli işlərə daha çox diqqət ayırdığınız qədər nəzarət edə bilərsiniz. Bu kitab sizin iş bacarığınıza və əldə edə biləcəyiniz nəticələrə güclü təsir edəcək. O qurbağanı ye – iş üsulunuzu imtahana çəkəcək, uğur qazanmaq mütləq olan daxiliintizamı izah edir və insanların yubatmaya yol verməklərinin səbəbini araşdırır. Sonra isə, məhsuldarlığınızı necə artıra biləcəyinizi sadə dildə izah edir.
Brian Tracy – O qurbağanı ye! (az vaxtda daha çox iş görməyin 21 üsulu)
6 ₼
Məhsul haqqında
Oxşar məhsullar
Robin Şarma – Titulsuz lider
7 ₼
Robert Greene – Hakimiyyətin 48 qanunu
10 ₼
Robert T. Kiyosaki – Varlı uşaq, ağıllı uşaq
10 ₼
Cəlalə Nəzəroğlu – Danışığınla həyatı qazan
17 ₼
Robert Cialdini – İnandırma psixologiyası
15 ₼
Sigmund Freud – Psixoanalizlə ilkin tanışlıq
13 ₼
Fəxri Ağayev – Saxla zamanı, gələr zamanı
15 ₼
Təsir psixologiyası, Robert Cialdini
15 ₼