İyirminci əsrin qeyri-adi və maraqlı ixtiraçısı Tesla haqqında cazibədar bir roman. Teslanı heç vaxt düzgün başa düşməyiblər. Atası serb-pravoslav keşişi olan müəllifin gəncliyi indiki Xorvatiyada keçib, elə o zaman da istedadı parlayıb, sonralar Nyu-Yorkda keçən coşqun yaradıcılıq illərində Tomas Edisonla qızğın rəqabət ona qələbə də, uğursuzluq da gətirib. Bu illərdə Teslaya cadugər kimi də, dahi kimi də baxıblar.
Tesla elektrikin meydana gəlməsi ilə başlayan sürətli dövrü təsvir edir, bəsirətli dünyagörüşü publikanın diqqətini çəkir. Dəyişən cərəyanın elektrik sistemi və onların arasında simsiz əlaqə ilə bağlı uğurlu ixtira ilə yanaşı yüzlərlə başqa ixtiralar da vardı. Bəs, bu obrazın arxasında duran kimdir? Vladimir Piştalo böyük qardaşını itirmiş bir insanın daxili aləmini açır – bu insan dəliliyə və şöhrət hərisliyinə qarşı vuruşur, müflis olanda isə heç bir qurumun dəstəyinə inamı olmur. “ Tesla: maskalar arasında portret” romanı bu gün də təsirini saxlayan uzaqgörən bir insanın uğurlu yol hekayəsidir.