Klassik fransız nəsrinin böyük ustadı, qələmə aldığı ölməz “Səfillər” romanı ilə dil sərhədlərini aşıb keçən Viktor Hüqo XIX əsr dünya ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri kimi tanınır.
“Kozetta” – böyük yazıçının məşhur “Səfillər” romanından bir parçadır. Azğın meyxanaçıların əlinə keçən balaca qızın – Kozettanın acı həyatı oxucuya özgə taleyinə yanmaq, başqalarının dərdini özününküləşdirmək kimi insani keyfiyyətlər aşılayır. Anası, Kozetta gələcəkdə onun kimi səfil həyatı yaşamasın deyə, qızını meyxanaçı ailəsinə verir. Ailənin evi, yeməyə bir parça çörəyi, Kozettanın dostluq edə biləcəyi azyaşlı uşaqları var. Ana imkan düşən kimi qızını bu ailədən götürəcəyini düşünür, amma reallıqlar və həyatın axarı ana ilə qızın taleyini dəyişir.