Təsadüfən onu gördüm. Əlim, ayağım, səsim, nəfəsim buz kəsdi. Nə yaman dəyişmişdi gözlərində yandığım qadın, Nə qədər dəyişmişdi ölümünə sevdiyim qadın. Donub qalmışdım. “Axı belə olmamalı idi”. Əslində, qəlbimlə ona qaçan mən ayaqlarımla bir addım belə gedə bilməmişdim. Özü gəldi, yaxınlaşdı.
– Salam, Nəzrin, necəsən?
– Salam, gördüyün kimi, sən?
Necə ola bilərdim ki? Nəzrin çox çəki itirmişdi. Saçları çox qısalmışdı, deyəsən, heç özünün belə deyildi. Qışın qış vaxtı qısaqol geyinən qız iyul ayında uzungol köynək, şalvar və pencək geyinmişdi.
Nə deyəcəyimi bilmirdim. Bir az susandan sonra danışmaq qərarına gəldim.
– Gəl keçək, oturaq bir kənarda. Oturduq. Gözlərini qaçırırdı məndən. Ürəyi dolu idi, gözləri isə boş.