“Vadinin üstündəki bir təpədə meşə var idi. Meşədə böyük bir ağac var idi. Ağacın altında bir çuxur var idi. Çuxurda cənab Tülkü və xanım Tülkü və onların dörd Kiçik Tülkü yaşayırdı. . . ”
Cənab Foks çox ağıllı tülküdür – hər axşam vadiyə sürünür və yaxınlıqdakı fermalardan özü üçün yemək tədarük edir.
Fermer Boggis’dən toyuqlar, Fermer Bunce’dən ördəklər və qazlar və Fermer Bean’dən hinduşkalar.
Uzun müddət Mr. Foxla mübarizə aparan fermerlər sonda bir qərara gələrək öz qüvvələrini birləşdirirlər və ondan birdəfəlik qurtulmaq üçün bir plan hazırlayırlar!
Amma fermerlər unudurlar ki, mühasirəyə saldıqları hansısa adi bir tülkü deyil, Fantastik Mister Foksdur və onun özünün fantastik qaçış planı var…