7-14 yaş şəxsiyyətin formalaşdığı, uşağın özünü olduğu kimi göstərməyə çalışdığı dövrdür. Ona görə də bu dövrdə qızlar anaları kimi çanta, oğlanlar da ataları kimi pulqabı istəyirlər. Böyüklər məhz bu dövrdə uşaqların şəxsiyyətinin formalaşmasını müşahidə etməkdən həzz alırlar. Şəxsiyyətin necə inkişaf etdiyindən bixəbər olan böyüklər isə uşağı “adam etmək üçün” incidir, təzyiq göstərir, yaşına uyğun olmayan gözləntilərlə uşaqlıq həvəsini öldürürlər. Uşağın məktəbi, müəllimi, ev tapşırığı, həmyaşıdları ilə münasibətləri belə bu mühüm dövrə təsadüf edəndə valideynlərin problem həll etmə bacarıqlarının artırılması zərurətə çevrilir. Adəm Günəş “məktəbli dövrü” adlandıra biləcəyimiz 7-14 yaşlı uşaqların əsas xüsusiyyətlərini qısa və aydın məlumatlarla bir kitabda toplayıb. “7-14 yaş dövrü uşaq tərbiyəsində 100 əsas qayda” kitabı oxumağa kifayət qədər vaxtı olmayan, amma qısa məlumatlarla bu dövrü dərk etmək istəyən böyüklər üçün nəzərdə tutulub.
“İlkin tibbi yardım qaydaları 6-10 yaş” məhsul səbətinizə əlavə edildi. Səbətə bax
Adəm Günəş – 7-14 yaş dövrü uşaq tərbiyəsində 100 əsas qayda
11 ₼
Adəm Günəş uşağın şəxsiyyətinin əsas cizgilərinin formalaşdığı 7-14 yaş dövrü və bu dövrdə olan 100 əsas qaydanı konkret və sadə dillə bu əsərdə toplayıb
Məhsul haqqında
Oxşar məhsullar
İlkin tibbi yardım qaydaları 6-10 yaş
3 ₼
Matilda, Roald Dahl
7 ₼
Jose Mauro de Vaskonselos – Dəlisov
10 ₼
Molla Nəsrəddin lətifələri
7 ₼
Aygül Nəzərli – Günəşə doğru
8 ₼
