Çexovun hekayələri həmişə aktualdır, çünki yaratdığı parlaq obrazlara hər bir dövrdə, hər bir yerdə – məhəlləmizdə, iş yerimizdə, idarədə – rast gəlmək mümkündür. “Qılaflı adam” dünyadan təcrid olub öz qınına çəkilən, sərt, kobud qaydalarla yaşayan yunan dili müəlliminin faciəvi taleyindən bəhs edir.
“Qüssə” yaşlı bir adamın dərdinə qulaq asmaq istəməyən cəmiyyətin fərdlərinin necə bir-birinə yadlaşdığını göstərir. Həcmcə kiçik olsa da, emosional təsir baxımından olduqca böyükdür. “Rotşildin skripkası” hekayəsində il boyu zərər elədiyi üçün həmişə mısmırığını sallayan, həyatdan heç cür zövq ala bilməyən bir skripka ifaçısının tədricən həyatın mənasını dərk edən, həqiqi zərərin nədən ibarət olduğunu anlayan bir insana çevrilməsindən danışılır. “Buqələmun” yaltaqlığı özünəməxsus sarkazmla tənqid edən Çexovun ən tragikomik hekayələrindən biridir. “Çaxnaşma” hekayəsi evdə qopan bir oğurluq mərəkəsi ilə başlayır. Müəllif hekayədə varlı insanların mənəvi cəhətdən necə aşındıqlarını, öz tabeçiliyində olan insanlara çəkinmədən şər-böhtan atmağın onlar üçün necə asan olduğunu təsvir edir.
Anton Çexov – Qılaflı adam
5 ₼
Anton Çexov `un “Qılaflı adam” əsəri dünyadan təcrid olub öz qınına çəkilən, sərt qaydalarla yaşayan yunan dili müəlliminin faciəvi taleyindən bəhs edir.
Bölmələr: Bədii ədəbiyyat, Kitab sifariş et, Müəllif kitabları, Roman
Məhsul haqqında
Oxşar məhsullar
Qaliblərin qanunları, Bodo Şefer
10 ₼
Etik davranış qaydaları 6-10 yaş
3 ₼
Parisdəki bütün çiçəklər, Sarah Jio
15 ₼
Xəz paltolu Madonna, Səbahəddin Əli
7 ₼
Özünü reklam et, Den Şobel
12 ₼
Cinayət və cəza, Fyodor Dostoyevski
14 ₼
Homo Deus. Sabahın Qısa Tarixi, Yuval Noah Harari
14 ₼
Gülsərən Budayıcıoğlu – Medalyonun içi
15 ₼
