Brayan Treysi elə bir müəllifdir ki, illərdir insanlara ruh verməkdən, motivasiya etməkdən yorulmur. O, bu günədək minlərlə seminarda çıxışlar edib, saysız-hesabsız insanla ünsiyyət qurub və bu təcrübələrə, eyni zamanda illərin araşdırmasına dayanan 50-dən çox kitabın müəllifi olub. Bu kitablar dünyanın onlarla dilinə tərcümə edilib, adı və kitabları dünyanın hər yerində tanınır və sevilir.
Treysinin kitablarının bu qədər uğur qazanması heç də təsadüfü deyil. Çünki müəllif özü kitab yazmaqla yanaşı Amerikanın çox tanınmış spiker-motivatorlarından biridir. Muzdlu iş, satış, marketinq, investisiya, avtomobil ixracı, daşınmaz əmlak biznesi, distributorluq və menecerlik sahələrində böyük təcrübəsi var. Bu dəfə isə Brian Tracy “Biznes uğurunun 100 danılmaz qanunu” kitabında oxuculara uğurun 100 qanununu təqdim edir. Həyatınızı kökündən dəyişəcək bu qanunlar təcrübədə özünü çoxdan doğruldub.