Bu kitabın məqsədi sizə, istədiyiniz qədər pul qazanmaq üçün maneələri aradan qaldırmağı öyrətməkdir. Bütün uğurlu satıcılar satış etməyi yaxşı bacarırlar. Məhsulu təqdim etməyin, müştərinin ehtiyaclarını öyrənməyin, inam qazanmağın, etirazlarla işləməyin və satışa nail olmağın bir neçə yolunu bilirlər. Müştərinin nə üçün tərəddüd etdiyini və pul ödəyib məhsul almağı nə üçün yubatdığını və bunların öhdəsindən gəlmək üçün təklifi başqa cür etməyin qaydasını bilirlər.
Bu gün satış işində narahat olmağınızın yeganə səbəbi bu sənətə hələ tam yiyələnməməyinizdir. Zamanın sınağından keçmiş bu üsullara yiyələndikdən sonra onları daim tətbiq edə bilərsiniz. Bundan sonra qısa bir zamanda siz uğurlu satıcıların sırasına qatılacaqsınız və sahənizin ən gəlirli insanlarından olacaqsınız.
Brian Tracy – Satış etmək sənəti
7 ₼
Məhsul haqqında
Oxşar məhsullar
Robert T. Kiyosaki – Pul axını kvadranti
10 ₼
Harvard Business Review – Menecerin əl kitabı
15 ₼
Harvard Business Review - Menecerin əl kitabı redaksiya tərəfindən hazırlanmış menecerlər üçün universal bələdçidir. Kitab həm yeni başlayan rəhbərlərə, həm də təcrübəli menecerlərə gündəlik çağırışlarla mübarizə aparmaqda kömək edir: komanda işinin təşkili, strateji qərarların qəbulu, layihələrin idarə olunması. Burada liderlik bacarıqlarının inkişafı, maliyyə hesabatlarının anlaşılması və əməkdaşların etimadını qazanmaq üçün emosional intellektdən istifadə barədə praktik məsləhətlər toplanıb. Bu nəşr biznesdə səmərəliliyi və təsir gücünü artırmaq istəyən hər kəs üçün stolüstü kitab olacaq.
Firudin Sultanov – Təchizat Zəncirində Strateji İdarəetmə
Təhsil pillələri üzrə dərsliklər, Digər, Digər vəsaitlər, İqtisadiyyat və biznes, Magistratura, Universitet, Kitab sifariş et, Müəllif kitabları
11 ₼
Bilal Hüseynli – Teas Press Biznesin ruhu SATIŞ
11 ₼
Bilal Hüseynli - Teas Press Biznesin ruhu SATIŞ - Şirkətlərin və ya hansısa biznesin böyüyüb inkişaf etməsi üçün ən mühüm şöbələrdən biri satış şöbəsidir. Şirkətin digər şöbələrinin də çarxlarının dönməsi üşün bütün ağırlıq və məsuliyyət həmişə satışın üzərinə düşməkdədir. Çünki nə qədər mükəmməl və keyfiyyətli məhsulunuz olsa da, əgər siz onu sata bilmirsinizsə, şirkətin nə tədarük, nə logistica tərəfi, nə də ən əsası dövriyyəsi və gəlirləri böyüyən deyil. Ona görə də şirkət rəhbərləri daim satış şöbəsinə daha çox diqqət göstərməklə bazar tələblərinə uyğun satıcıların və satış komandalarının Yetişdirilməsinə önəm verməlidirlər.
Brian Tracy – Bəhanələrə yox
Digər vəsaitlər, İqtisadiyyat və biznes, Şəxsi inkişaf və psixologiya, Kitab sifariş et, Müəllif kitabları
11 ₼
R.R.Abutalıbov, S.M.Məmmədov, S.M.Quliyev – İdarəetmənin Əsasları
10 ₼
