“Reklamın atası” hesab olunan Deviq Oqilvi 37 yaşında öz reklam agentliyinin əsasını qoymuşdur. Sonralar bu agentlik indi “Ogilvy & Mather” kimi tanınan beynəlxalq reklam şirkətinə çevrilmişdir.
Reklama reklam agentliyinin gözü ilə baxan bu kitab Oqilvinin təcrübəsinə əsaslanan konseptlər, taktikalar və texnologiyalardan, həmçinin insanların hansı reklamlara nə cür reaksiya verdiyi barədə araşdırmalardan bəhs edir. Reklamçısınızsa, Oqilvinin bu ilk əsəri təcrübənizə təcrübə qatacaq, yox əgər reklamı yalnız media vasitələrindən izləyənlərdənsinizsə, kitab sizi reklamın iç dünyasına aparacaq və onun necə hazırlandığını göstərəcək. “Reklamçının etirafları” reklam sahəsində işləyənlər, işləmək istəyənlər, reklamla maraqlananlar üçün elmi-praktiki vəsaitdir. Biznesin hər hansı bir sahəsində uğur qazanmaq istəyən kəs bu kitabı öz “mütləq oxunmalı kitablar” siyahısına salmalıdır.
Devid Oqilvi – Reklamçının etirafları
7 ₼
Məhsul haqqında
Oxşar məhsullar
Philip Kotler – A-dan Z-yə marketinq
10 ₼
Cona Berger – Yoluxuculuq
13 ₼
Cona Berger - Yoluxuculuq - Bir şey niyə məşhurlaşır? İnsanlar nəyə görə müəyyən məhsullar və ya fikirlər haqqında daha çox danışırlar? Bəzi hekayələrin daha yoluxucu olmasının səbəbi nədir? Sosial mediada bəzi kontentlər niyə viral olur, bəziləri isə yox? Professor Cona Berger uzun illər ərzində bu suallara cavab axtarıb, yoluxuculuğun sehrini araşdırıb, sosial düşüncənin hansı avtomobili satın aldığımıza, hansı paltarı geyindiyimizə, hətta övladımıza hansı adı qoyduğumuza təsir etdiyini müəyyənləşdirib. C.Berger bu kitabda “ağızdan-ağıza dolaşma”nın və sosial yoluxmanın incəliklərindən danışır, lazımi texnikaları göstərir, fikirlərini güclü və maraqlı hekayələrlə, uğurlu insanların həyat təcrübələri ilə əsaslandırır. Yoluxuculuğun altı prinsipini öyrənərək, siyasi nitqlərdən tutmuş “YouTube”dakı videomateriallara, istehlak məhsullarından tutmuş iş yerlərindəki söz-söhbətlərə qədər hər şeyin nə səbəbə yoluxucu olduğunu kəşf edə bilərsiniz. Bu kitab hər kəsə lazımdır: yazıçılara, siyasətçilərə, SMM-lərə, biznesmenlərə, ssenaristlərə, reklamçılara, jurnalistlərə, “yutuber”lərə, blogerlərə, əsnaflara. Fikrinizi və ya məhsulunuzu satmaq, özü də “necə lazımdır” satmaq istəyirsinizsə, bu kitabı masanızın üstündən əskik etməyin.
Təsir psixologiyası, Robert Cialdini
15 ₼
Bilal Hüseynli – Teas Press Biznesin ruhu SATIŞ
11 ₼
Bilal Hüseynli - Teas Press Biznesin ruhu SATIŞ - Şirkətlərin və ya hansısa biznesin böyüyüb inkişaf etməsi üçün ən mühüm şöbələrdən biri satış şöbəsidir. Şirkətin digər şöbələrinin də çarxlarının dönməsi üşün bütün ağırlıq və məsuliyyət həmişə satışın üzərinə düşməkdədir. Çünki nə qədər mükəmməl və keyfiyyətli məhsulunuz olsa da, əgər siz onu sata bilmirsinizsə, şirkətin nə tədarük, nə logistica tərəfi, nə də ən əsası dövriyyəsi və gəlirləri böyüyən deyil. Ona görə də şirkət rəhbərləri daim satış şöbəsinə daha çox diqqət göstərməklə bazar tələblərinə uyğun satıcıların və satış komandalarının Yetişdirilməsinə önəm verməlidirlər.
Valeri Sinelnikov – Zənginliyə gedən yol
9 ₼
Harvard Business Review – Menecerin əl kitabı
15 ₼
Harvard Business Review - Menecerin əl kitabı redaksiya tərəfindən hazırlanmış menecerlər üçün universal bələdçidir. Kitab həm yeni başlayan rəhbərlərə, həm də təcrübəli menecerlərə gündəlik çağırışlarla mübarizə aparmaqda kömək edir: komanda işinin təşkili, strateji qərarların qəbulu, layihələrin idarə olunması. Burada liderlik bacarıqlarının inkişafı, maliyyə hesabatlarının anlaşılması və əməkdaşların etimadını qazanmaq üçün emosional intellektdən istifadə barədə praktik məsləhətlər toplanıb. Bu nəşr biznesdə səmərəliliyi və təsir gücünü artırmaq istəyən hər kəs üçün stolüstü kitab olacaq.
Brian Tracy – Biznes uğurunun 100 danılmaz qanunu
Digər vəsaitlər, İqtisadiyyat və biznes, Şəxsi inkişaf və psixologiya, Kitab sifariş et, Müəllif kitabları
10 ₼
