Selcan adlı tələbə qız yay tətilində rayonda olarkən sevgilisi Bakıdan onu görməyə gəlir. Hər iki gənc elə həmin gün də müəmmalı şəkildə yoxa çıxır… Məxfi şöbənin rəisi, polkovnik Baratov sevimli nəvəsinin oğurlandığını eşidən kimi özünü rayona çatdırır. Burada hüquq-mühafizə orqanlarının rəhbərləri ilə söhbət edərkən onların biganəliyindən anlayır ki, hadisənin arxasında kifayət qədər güclü şəxs durur. Əlaqədar orqanları işə qarışdırmaqla məsələni böyüdüb nəvəsinin ölümünə bais ola biləcəyini düşünür və qərara gəlir ki, qızın axtarışı ilə birbaşa özünün rəhbərlik etdiyi məxfi şöbə məşğul olsun. Bu zaman ağlına şöbənin ən bacarıqlı əməkdaşı, “Leopard” ləqəbli mayor Ələmdar Məlikov gəlir. Lakin burada Baratovu narahat edən bir şey vardı: Ələmdar ölümün gözünə dik baxan, cəsarətli, güclü və peşəkar əks-kəşfiyyatçı olsa da bir qədər çılğındır, xüsusilə də namus məsələsində heç nəyə güzəştə gedən deyil; o, gənc qızı oğurlayan şərəfsizlərlə qarşı mübarizədə soyuqqanlı olmayacaq… Bunu düşünən Baratov qərara gəlir ki, ölkənin ən məşhur cinayət-axtarış ekspertini – istefada olan polkovnik Qanbay Qasımlını da bu işə cəlb eləsin…
“Əqrəb, Ceyhun Hidayətli” məhsul səbətinizə əlavə edildi. Səbətə bax
Elxan Elatlı – Arxalı canavar
8 ₼
Bölmələr: Bədii ədəbiyyat, Detektiv, Kitab sifariş et, Müəllif kitabları
Məhsul haqqında
Oxşar məhsullar
Ölüm dalğası, Aqata Kristi
10 ₼
Bilinmeyen Bir Kadının Mektubu, Stefan Zweig
3 ₼
Amerikan çirki, Cenni Kummins
17 ₼
Parisdəki bütün çiçəklər, Sarah Jio
15 ₼
Edit Eva İger – Seçim
15 ₼
Bir İdam Mahkumunun Son Günü. Hasan Ali Yücel Klasikleri, Victor Hugo
3 ₼
Homo Deus. Sabahın Qısa Tarixi, Yuval Noah Harari
14 ₼
Beyaz Zambaklar Ülkesinde, Grigoriy Petrov
7 ₼