İndi hər şeydən bir az sən əskiksən. İndi hər şey bir az yox, bir sən qədər əskikdir. İndi mən də həyatım çıxaq sənə bərabərəm. Özümü ifadə etməyə ibtidai bir sinif misalı tapmışkən, sənə qovuşmağın düsturunu tapa bilmirəm… İndi köynəyimdə qoxun, boynumda saç telin, saçlarımda barmaqların əskikdir. İndi elə bil ki, sən həyatımda yoxsan deyə, təbiətin qanunları da dəyişib. Elə bil, sadəcə sənə iltifat edilmək üçün mövcud olan hərflər, indi yoxluğuna dair şeirlərdə rol alırlar. Sanki rəqəmlər aramızdakı məsafələrlə, həyatımdan çıxdığın gündən nə qədər keçdiyini hesablamaq üçün var. Elə bil, hər zaman məni sənə aparan yollar da indi çarəsizdir, əlacsızdır, çünki hansı səmtə dönsəm, bir sənsizlik qarşılayır məni. Yox, düşünmə ki, yalnızlıq sancısı çəkirəm indi. Halbuki, yalnız deyiləm mən. Sadəcə, sadəcə bir sən qədər əskikəm, vəssalam…
Əziz Yaqubzadə – Bir Sən Qədər..
7 ₼
SKU:
000000000006-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-2-1-1-1-1-1-1-1
Bölmələr: Bədii ədəbiyyat, Kitab sifariş et, Müəllif kitabları, Poeziya
Məhsul haqqında
Oxşar məhsullar
Xəz paltolu Madonna, Səbahəddin Əli
7 ₼
Əqrəb, Ceyhun Hidayətli
9 ₼
Bir İdam Mahkumunun Son Günü. Hasan Ali Yücel Klasikleri, Victor Hugo
3 ₼
Süt ve Bal, Rupi Kaur
15 ₼
Burun, Nikolay Vasilyeviç Gogol
3 ₼
Olağanüstü Bir Gece, Stefan Zweig
3 ₼
Matilda, Roald Dahl
7 ₼
Fövqəladə hallarda davranış qaydaları 6-10 yaş
3 ₼