Yevgeni İrtenyevin hər şeyi var idi – malı-mülkü, insanlar arasında hörməti, nüfuzu. O həm də çox yaxşı ağa, idarəçi idi, təsərrüfat işlərini qüsursuz yerinə yetirirdi. Ancaq bütün bu işlər, başqatmalar əzəli-əbədi günahın – zinanın qarşısını ala bilmir, nəfsini cilovlamaqda ona kömək olmurdu. Yevgeni bu amansız, qəddar hissdən qurtulmaq üçün hətta evlənir. Amma bu xoşbəxt evlilik belə onu şəhvətin caynağından xilas edə bilmir.
“Şeytan” insan iradəsinin şəhvətlə mübarizəsidir. Tolstoy bu hekayədə insanın daxilində gedən çarpışmaları, ziddiyyətləri, özü-özü ilə mübarizəsini qəhrəmanına rəhm etmədən çılpaqlıqla təsvir edir. Görəsən, şeytan bizim içimizdədir, yoxsa kənardan bizi günaha sürükləyən bir qüvvə? İnsan nə vaxt günahına don geyindirməkdən əl çəkib öz vicdanı ilə üzbəüz qalır?
Maraqlıdır ki, Tolstoyun 10 günə yazdığı bu hekayənin çox fərqli iki sonluğu var. Bəlkə də, bu sonluqlar yuxarıdakı sualların cavabıdır.
“Burun, Nikolay Vasilyeviç Gogol” məhsul səbətinizə əlavə edildi. Səbətə bax
Lev Tolstoy – Şeytan
5 ₼
Lev Tolstoy – Şeytan əsərində insanın daxilində gedən çarpışmalar, ziddiyyətlər, özü-özü ilə mübarizəsini qəhrəmanına rəhm etmədən çılpaqlıqla təsvir edir.
Bölmələr: Bədii ədəbiyyat, Kitab sifariş et, Müəllif kitabları, Roman
Məhsul haqqında
Oxşar məhsullar
Parisdəki bütün çiçəklər, Sarah Jio
15 ₼
Gülsərən Budayıcıoğlu – Medalyonun içi
15 ₼
Təsir psixologiyası, Robert Cialdini
15 ₼
Məktubunuz var! , Əziz Yaqubzadə
10 ₼
Suç Ve Ceza, Fyodor Mihayloviç Dostoyevski
10 ₼
Bilinmeyen Bir Kadının Mektubu, Stefan Zweig
3 ₼
Edit Eva İger – Seçim
15 ₼
Özünü reklam et, Den Şobel
12 ₼
