Ötən əsrin əllinci illəri. Tehran. Xəyalpərəst yeniyetmə Röya yaxınlıqdakı kitab dükanını özü üçün ədəbiyyat vahəsi hesab edir. Dükanın sahibi Fəxri mehriban bir insandır. O, Röyanı sevimli müştərisi Bəhmənlə tanış edir. Bəhmən yaraşıqlı bir gəncdir. Mövlana poeziyasının vurğunudur. Röya onu görən kimi bir könüldən min könülə aşiq olur. Kiçik dükan onların yeganə görüş yerinə çevrilir.
Gənclərin evlənməsinə az qalmış Röya Bəhmənlə şəhər meydanında görüşməyə razılıq verir. Lakin ölkədə çevriliş olur və Bəhmən gəlib çıxmır. Qız onunla əlaqə saxlamağa çalışsa da, bütün cəhdləri boşa çıxır. Ürək ağrısı ilə Kaliforniyaya təhsil almağa yollanır. Orada qarşısına başqa bir insan çıxır. Yeni İngiltərədə yeni həyata başlayır. Altmış ildən sonra qəza-qədər Röyanı Bəhmənlə yenidən qarşılaşdırır. Röya yarım əsrdən çox ona əzab verən suallara cavab almaq imkanı tapır: Məni niyə tərk etdin? Hara getdin? Məni necə unuda bildin?