Hər həyatın bütün önəm və gerçəkliyi sonsuz saydakı saniyələrin hansısa birində gizlidir. Hər birimizin özümüzə xas və önəmli, az sayda saniyələri var. Rəvan həyatıma sıradan bir günümün almaz qədər qiymətli anında gəldi. Gəlişi o qədər gözlənilməz və heyrətamiz idi ki, buna nəinki mən, eləcə də ətrafımdakı insanlar inana bilmədilər. Dediyim sözlərə gülüb keçənlər bir yana qalsın, hətta məni dəli hesab edənlər oldu. Yıxılmaq bəzən o qədər cazibəli gəlirdi ki, bir addım daha atmağı əzab bilirdim. Ancaq içimdə yanan eşqin atəşi dizlərimə güc, qollarıma qüvvət verib ruhuma sonsuzluq üfürürdü. Onu yenidən görə bilmək üçün çıxdığım bu uzun və məşəqqətli yol mənə bu dünyanın kiçik qəfəs, qaranlıq həbsxana olduğunu göstərdi. Yaradana sığınıb içimdəki imanı yoluma fənər tutdum. Əlimdə ruhumun iztirabından və qəlbimdəki tükənməz məhəbbətdən başqa heç nə yox idi. Madam ki hər şey yanılsama və inam məsələsidir, o halda hər şeyi sənin öhdəliyinə buraxıram. Onun həyatıma gəlişi kimi mənim bu həyatdan gedişim də bir möcüzədir. Bəs sən necə? Sən mənə inanırsan?
“Matilda, Roald Dahl” məhsul səbətinizə əlavə edildi. Səbətə bax
Məsudə Cabbar – Cahan
13 ₼
Hər həyatın bütün önəm və gerçəkliyi sonsuz saydakı saniyələrin hansısa birində gizlidir.
Bölmələr: Bədii ədəbiyyat, Kitab sifariş et, Müəllif kitabları, Roman
Məhsul haqqında
Oxşar məhsullar
Altıncı Koğuş, Anton Pavloviç Çehov
3 ₼
Xəz paltolu Madonna, Səbahəddin Əli
7 ₼
Güzgünün çatlaması, Aqata Kristi (Agatha Christie)
10 ₼
Məktubunuz var! , Əziz Yaqubzadə
10 ₼
Əqrəb, Ceyhun Hidayətli
9 ₼
Homo Deus. Sabahın Qısa Tarixi, Yuval Noah Harari
14 ₼
Burun, Nikolay Vasilyeviç Gogol
3 ₼
