SİZİN AZADLIĞINIZ, SƏRHƏDLƏRİNİZİN GÜCÜ QƏDƏRDİR
Yox Deyə bilməyin Danılmaz Gözəlliyi
“Yox” deyə bilməmək, təbii ki, şəxsiyyət pozuqluğu deyil. Ancaq “yox” deyə bilməyənlər sərhədlərinin pozulmasına icazə verdikləri qədər mənliklərini itirir və bəzi psixoloji problemlər yaşayırlar.
Özünüdərketmə ətraf mühit tərəfindən qəbul edilmə tərziniz, nə olduğunuz və nə olmağınız barədə düşüncələrdir. Mənlik şüuru isə insanın özünü şəxsiyyət kimi tanıması və dərk etməsi prosesindən ibarətdir. Mənlik şüurunun formalaşması üçün aşağıdakılar vacibdir:
Özünü tanımaq
Cəmiyyət içində münasibət qura bilmək
Özünü qəbul etmək
Öz-özünə bəs etmək
Özünəinamlı olmaq
Özünü dərk etmək