Bu kitab oxucunu narahat edir və həyəcanlandırır! Çünki hər kəsə daha yaxşı olmaq, adət etdiyi obrazdan daha yüksəkdə
dayanmaq tələbi ilə yanaşır. Tanrının bəxş etdiyi ilkinliyə – əbədi həyat təminatına layiq olmağa kömək edir.
Bu kitab ruhlandırır və təskinlik verir! Çünki “tanrı qorxusu” kimi mistik ənənəvilikdən uzaqdır. Seçimindən asılı olma yaraq, Tanrı insanı mühakimə etmir. Ona öz yanına gələn yolu göstərir.
Beləliklə, qarşımızda qeyri-adi bir sənəd durur: Tanrının nəsihətnaməsi. Dərrakənin və insan fəaliyyətinin bütün sahələrini – son dərəcə şəxsidən planetara qədər hər şeyi əhatə edən mənəvi inqilab proqramı…