Şobelin dünyaca məşhur “Özünü reklam et” kitabı hər kəsi maraqlandıracaq publisistik düşüncələrdən ibarət olsa da, ilk növbədə karyera həvəskarları üçün nəzərdə tutulub. Burada müəllif öz şəxsi təcrübəsindən çıxış edərək qiymətli tövsiyələr verir, növbəti pillələrə yüksəlməyin sirlərini bölüşür. İnsan arzu etdiyi vəzifəyə necə yüksələ bilər? Nüfuz sahibi olmaq, komanda yoldaşları və rəhbərliyin etimadını qazanmaq üçün hansı addımlar atılmalıdır? Sahibkarlıq nədir və bu işlə məşğul olmaq üçün hansı keyfiyyətlərə malik olmalısan?
Kitabda müəllif bu suallara cavab verir və inandırıcı dəlilləri ilə hər kəsə bələdçilik edir.
“Bu kitab ən yaxşı və ən çətin anlarımda mənə inanan və hərtərəfli dəstək olan valideynlərimə həsr olunub. Bütün ağrıacılara və maneələrə baxmayaraq, onlar başımı hər zaman uca tutmağı və müsbət əhvali-ruhiyyədə olmağı təmin ediblər. Həyatımda bu keyfiyyətlərin hər ikisinə sahib olmaqdan çox şərəf duyuram, çünki gözəl valideynlərə sahib olmaq “Özünü reklam etməyi və xəyallarınıza çatmağı çox asanlaşdırır”. Onların mənə verdiyi ən yaxşı tövsiyələr bunlardır: həyatı çox ciddiyə alma, hər zaman özün ol və heç bir şeyin səni ruhdan salmasına imkan vermə. Bu kitab onlara ithaf olunub, çünki onlarsız mən burada olmazdım”.