Thomas Piketty özünün “Kapital XXI əsrdə” əsərində son onilliklər ərzində bütün diqqətləri üzərinə çəkmiş bir problemə – qeyri-bərabərlik probleminə yeni bir baxışdan baxmağı təklif etmişdir. Fransız iqtisadiyyatçısı əldə olunan böyük sayda məlumatı dərindən təhlil edərək belə bir qanunauyğunluq aşkar etmişdir: bərabər şəkildə gedən iqtisadi artım kapitalın və onun xüsusi insanların əlində toplanmasının rolunu azaltmaqla bilavasitə bərabərsizliyin azalmasına da gətirib çıxarır. Necə ki, artımın ləngiməsi kapitalın əhəmiyyətinin böyüməsinə və qeyri-bərabərliyin artmasına səbəb olur. Tarixi retroperspektivdə kapital təsirinin artımı yalnız XX əsrdə – iki dünya müharibəsi və Şanlı Otuz ilin (1945-1975) Keynesian siyasəti nəticəsində azaldılmışdır.
Bu gün isə dünya yenidən bərabərsizliyin durmadan artdığı həmin o dövrlərə qayıtmaq üzrədir ki, bu da həm sosial, həm də siyasi baxımdan çox ağır nəticələrə gətirib çıxara bilər. Piketty özünün çox vaxt müqayisə edildiyi Karl Marksdan fərqli olaraq, təkcə vəziyyətin kədərli təsvirini yaratmaqla, kapitalist sisteminə dair sonu fəlakətlə bitəcək dəhşətli bir ssenari qurmaqla kifayətlənmir, əksinə, məsələyə daha optimist yanaşmağa çalışır, vəziyyətdən çıxış yolunu axtarır, əlverişsiz tendensiyaların qarşısını ala biləcək bir sıra təkliflər irəli sürür.
Thomas Piketty bu kitabında gəlir və kapital paylaşımının XVIII əsrdən etibarən keçirdiyi bütün dəyişiklikləri əldə etdiyi dəqiq məlumatlarla işıqlanıdırmış, 20-dən çox ölkənin məlumat bazasından faydalanaraq bir növ kapitalın yol xəritəsini çizmişdir.
“Brian Tracy – Biznes uğurunun 100 danılmaz qanunu” məhsul səbətinizə əlavə edildi. Səbətə bax
Thomas Piketty – Kapital XXI əsrdə
26 ₼
Məhsul haqqında
Oxşar məhsullar
Təsir psixologiyası, Robert Cialdini
15 ₼
Brian Tracy – Qazanmaq üçün danış
10 ₼
Brian Tracy – Biznes uğurunun 100 danılmaz qanunu
Digər vəsaitlər, İqtisadiyyat və biznes, Şəxsi inkişaf və psixologiya, Kitab sifariş et, Müəllif kitabları
10 ₼
Nigel Kumberland – Uğurlu insanların 100 vərdişi
15 ₼
Brian Tracy – Satış etmək sənəti
7 ₼
Philip Kotler – A-dan Z-yə marketinq
10 ₼
Devid Oqilvi – Reklamçının etirafları
7 ₼
Rocer Fişer və Uilyam Yuri – Teas Press “Hə” Cavabına Gedən Yol
9 ₼
Rocer Fişer və Uilyam Yuri - Teas Press “Hə” Cavabına Gedən Yol - Psixologiya öyrənilməsinə Teas Press-in “Hə” Cavabına Gedən Yol kitabı ilə dərinləşmə. Rocer Fişer və Uilyam Yuri tərəfindən yazılmış bu maraqlı nəşr 320 səhifədən ibarətdir və yumşaq üz qabığında təqdim olunur. Kitab Azərbaycan dilində yazılmış və Teas press tərəfindən nəşr olunmuşdur. Psixologiyanın yeni tərəflərini kəşf edin və bu maraqlı nəşr ilə biliklərinizi zənginləşdirin.
