Qərib Xəyal Vüqar Biləcəri
Paşayev Vüqar Zakir oğlu 1988-ci ildə Bakının Biləcəri qəsəbəsində dünyaya göz açmışdır. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aktyorluq fakültəsinə daxil olmuşdur.
2004-cü ildə keçirilən “De gəlsin” meyxana yarışmasının finalçısı olmuşdur. Şifahi xalq ədəbiyyatının janrı olan bədahətən söz sənətinin və əruz vəzninin mahir bilicisi idi.
Onun Əhli-beytə olan sevgisi şeiriyyətində də özünü göstərmişdir. Kərbəlayi Vüqar, Biləcəri təxəllüsü ilə xalqın sevgisini qazanmışdır.
Bu, şairin bütün qəzəllərindən ibarət ilk kitabıdır.
Kərbəlayi Vüqar Biləcəri 29 avqust 2020-ci ildə vəfat etmişdir. Şair Hökməli kənd qəbiristanlığında dəfn edilib.