Aqata Kristi (Agatha Christie) – Yatan Ölüm
Aqata Kristi (Agatha Christie) - Yatan Ölüm kitabı yazıçının qələmini sevənlər üçün tam bir yenilikdir!
Tez-tez səyahətlərə yollanan gənc cütlük Qvenda və Giles özlərinə daimi yaşayış yeri - şəxsi ev axtarırlar. Belə bir məqamda Gilesin xalası vəfat edir və bütün ev əşyalarını ona miras qoyur. Bundan sonra şəxsi ev onlar üçün əlçatan arzuya çevrilir.
Maddi vəziyyəti düzələn Qvenda və Giles heç bir çətinlik yaşamır. Özlərinə uyğun bir ev də tapırlar. Lakin əsas hadisələr də elə bundan sonra başlayır.
Görəsən, bu ev lənətlənmiş, yaxud cadulu deyil ki?..
Aqata Kristi (Agatha Christie) – Yük
Aqil Əliyev, Fəridə Alqayeva – İbtidai Sinif Müəllimləri üçün Sınaq Toplusu 2000+ sual
Arda Erel -Senin Hakkında Bir Hikaye
Aristotel – Nikomax Etikası
Artur Konan Doyl – Dumanlı diyar
Aşıq Ələsgər – Sarı köynək
Aşıq Ələsgər - Sarı köynək - Kitab Aşıq Ələsgərin 205 illik yubileyi münasibətilə çapa hazırlanıb. Azərbaycan aşıq sənətinin, aşıq poeziyasının tarixində şərəfli yer tutan dahi şəxsiyyətlərdən biri də Aşıq Ələsgərdir. O, fitri qabiliyyəti sayəsində yaratdığı sənət incilərində özünəməxsus bədii boyalarla ifadə etdiyi ümumbəşəri fikirləri ilə bu müqəddəs sənətin zirvəsində dayanır. Aşıq Ələsgər gözəllik aşiqidir. Gözəllikdən zövq almaq duyğusu ömrünün sonuna qədər onu tərk etməmişdir. O, təbiət gözəlliklərinin vurğunu, vətənini, elini sonsuz məhəbbətlə sevən əsl xalq aşığıdır. Aşıq Ələsgərin yaratdığı sənət inciləri ilə vətənin “qüdrətdən səngərli, qalalı dağlar”ından Azərbaycan aşıq poeziyasına bir ucalıq, qıjıltı ilə axan çaylarından bir coşqunluq, dumduru bulaqlarından bir şəffaflıq, “saatda yüz çiçək açan” səfalı yaylaqlarından dinləyicini məst edən bir ətir cərəyanı gəlir. Dostluq insanın ən nəcib insani keyfiyyətlərindən biridir. Aşıq dostluqdan söhbət açarkən səmimi dostluğu, təmənnasız dostluğu nəzərdə tutur. Dədə Ələsgərin yaradıcılığı bir kitaba sığmaz.