Nehir Aydın Gökduman – Sirli Gizəm
Nehir Aydın Gökduman – Sirli Gizəm 2
Nehir Aydın Gökduman – Sirli Gizəm 3
Nigar Şabanova – Bizim Sara Oyun dünyası
Nigar Şabanova - Bizim Sara Oyun dünyası - Siz də yelləncəkdə yellənəndə pambıq kimi yumşaq, ağappaq buludlara toxunursunuz? Siz də buludları dovşan, zürafə, panda kimi görürsünüz? Sizin də sevimli heyvanınız zürafədir? Onda bu kitab, əsl sizin kitabınızdır! Əziz balalar, sizi macəraçı Saranın xəyallar şəhərciyinə dəvət edirik! Sara hər şeylə maraqlanan, öz xəyal dünyası olan balaca dəcəl qızdır. Bu dünyada daha nələr yoxdur? Balaca qum şəhərcik, brokoli ağaclar, şüşə qapaqlarından düzəldilmiş velosipedlər, hətta içində balıqlar üzən göl! Sara öz otağını musiqili və rəngarəng muzeyə çevirir, qumdan xəyallarındakı şəhəri düzəldir. Amma rəfiqəsi Zəhra ilə oynamağı və sevimli zürafəsinə baxmaq üçün zooparka getməyi də unutmur. Xəyalpərəst Saranın rəngarəng oyun dünyasına xoş gəlmisiniz!
Ölüm dalğası, Aqata Kristi
Oz ölkəsinin qəribə sehrbazı
Piter Braun – Vəhşi robot
Piter Braun - Vəhşi robot - “Vəhşi robot” təbiətlə texnologiyanın mübarizəsindən bəhs edən təsirli, macəra dolu əsərdir. Robot vəhşi təbiətdə sağ qala bilərmi? Roz adlı robot gözlərini açanda uzaq və kimsəsiz adada təkbaşına olduğunu görür. Nə üçün burada olduğu, bura necə düşdüyü barədə heç bir anlayışı yoxdur, lakin bir şeyi yaxşı bilir: həyatda qalmalı, yaşamalıdır. Amansız fırtına ilə mübarizə aparır və vəhşi ayının hücumundan son anda canını qurtarır. Bundan sonra Roz anlayır ki, sağ qalmağın yeganə yolu mühitə uyğunlaşmaq və adanın heç də istiqanlı olmayan heyvanları ilə dil tapıb dostlaşmaqdır. Roz yavaş-yavaş heyvanlarla münasibəti yaxşılaşdırdıqca ada da ona “ev” kimi doğmalaşmağa başlayır. Təəssüf ki, bir gün onun sirli keçmişinin qaranlıq pərdəsi aralanır.